Şimali Koreya ordusu Cənubi Koreya adalarını atəşə tutub

Dünya

05.01.2024 - 13:08

cedabet dərman SEO Xidməti

Cənubi Koreya ərazisinə 200-ə yaxın mərmi atılıb

Yanvarın 5-də səhər saatlarında Şimali Koreya ordusu iki saat müddətində Cənubi Koreyanın Panqnendo və Yeonfendo adaları ərazisində 200-dən çox sahil artilleriya mərmisi atıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, Cənubi Koreya tərəfində hər hansı dağıntı qeydə alınmayıb, itki yoxdur.

Bildirilir ki, zərbə sahəsi faktiki iki ölkənin dəniz sərhədi olan Şimal Limit Xəttinin şimalındadır.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In nüvə müharibəsi zamanı ölkəsinin ordusuna hazır olmaq tapşırığı verib. Onun fikrincə, bu halda qoşunlar 38-ci paraleli - Cənubi Koreya ilə sərhədi keçməyə hazır olmalıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş