Şimali Koreya əsgərləri cənubla sərhədi pozublar

Dünya

24.10.2025 - 14:25

İki əsgər hərbi demarkasiya xəttini keçərək Cənubi Koreya postuna 200 metr yaxınlaşıblar

Cənubi Koreya Silahlı Qüvvələri 19 oktyabrda Şimali Koreya əsgərlərinin Koreyalararası sərhədi pozduğu daha bir sərhəd hadisəsi barədə məlumat yayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat verib.

Bildirilib ki, iki Şimali Koreya Xalq Ordusu əsgəri hərbi demarkasiya xəttini keçərək Cənubi Koreya postuna 200 metr yaxınlaşıblar. Şimali Koreya əsgərləri silahlı olublar.

Həmin gün silahdaşlarından biri Cənubi Koreya yarımadasına daxil olub və güman edilir ki, ikisi də onu axtarmaq üçün göndərilib. Cənubi Koreya qoşunları sərhədi keçdikdən sonra xəbərdarlıq edib və sonra xəbərdarlıq atəşi açıblar. Daha sonra Koreya Xalq Ordusunun əsgərləri şimala qayıdıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş