Pxenyanın 2 həftədə 7 raket buraxdığı qeyd olunub
Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün 2 ballistik raket buraxılışı həyata keçirib.
AYNA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
Komitədən bildirib ki, Pxenyan 2 həftədə 7 raket buraxıb.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, raketlər Yapon dənizinə, iqtisadi zonadan kənara düşüb.