Si Cinpin: “Rusiya və Çin İkinci Dünya müharibəsində əsas qaliblərdir”

Dünya

02.09.2025 - 10:59

“Bu, artıq ikitərəfli münasibətlərimizdə yaxşı ənənəyə çevrilib”

“Rusiya və Çin İkinci Dünya müharibəsində əsas qaliblərdir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Çin lideri Si Cinpin Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.

"Biz mayın 9-da və sentyabrın 3-də Ümumdünya Antifaşist müharibəsində Qələbə münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak edirik. Bu, artıq ikitərəfli münasibətlərimizdə yaxşı ənənəyə çevrilib və bu, İkinci Dünya müharibəsində əsas qaliblər, habelə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiyanın böyük məsuliyyətini inandırıcı şəkildə nümayiş etdirir", - dövlət başçısı vurğulayıb.

Si Cinpin qeyd edib ki, belə bayramlarda birgə iştirak Rusiya və Çinin İkinci Dünya müharibəsinin nəticələri ilə bağlı tarixi həqiqəti dəstəkləmək əzmini göstərir.

Bundan əvvəl Si Cinpin qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr İkinci Dünya müharibəsinin tarixinə düzgün baxışı təbliğ etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş