Çin lideri Almaniya kansleri ilə görüşdə COVID-19 səbəbindən onunla əl sıxmayıb
Çin lideri Si Cinpin bir günlük Pekinə səfər edən Almaniya kansleri Olaf Şolzla görüşüb.
AYNA xarici mediaya istinadən bildirir ki, Si Cinpin Çin və Almaniyanın dünyada sülh üçün dəyişikliklər və sarsıntılar zamanı daha çox birlikdə çalışmalı olduğunu bildirib.
Liderlərin görüşü Çində koronavirusla bağlı ciddi məhdudiyyətlər fonunda baş tutub. Belə ki, Çin lideri tibbi maskasız Şolzla salamlaşsa da, həmkarı ilə əl sıxmayıb.