Əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib
Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına məxsus "Sezar Kunikov" böyük desant gəmisi məhv edilib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib.
"Sezar Kunikov" uzunluğu 112,5 metr, eni 15 metr olan, 87 ekipaj üzvündən ibarət 4 min tonluq gəmi idi. Bu gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadaları batalyonunun komandiri olmuş mayor Sezar Kunikovun adı ilə adlandırılıb. S.Kunikov 1943-cü ilin bu günündə - 14 fevralda həlak olub.
2022-ci il martın 24-də Berdyansk limanına Ukrayna ordusunun raket zərbəsi nəticəsində "Saratov" böyük desant gəmisi məhv edilərkən yanındakı "Sezar Kunikov" zədə almış, onun komandiri, 3-cü dərəcəli kapitan Aleksandr Çirva ölmüşdü.