Şəxsi münasibətlər zəminində qətl törədilib

Hadisə

28.10.2024 - 05:19

Həkimlər Klinikalar SEO Xidməti

Cəbrayıl sakinini öldürməkdə şübhəli şəxs saxlanılıb

Dünən saat 20 radələrində Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş