Sərt karantin rejimini pozduğuna görə cəzalananların sayı açıqlanıb

Xəbərlər

07.06.2020 - 11:16

Xüsusi karantin rejimini pozan 1168 nəfər inzibati məsuliyyətə cəlb edilib

 

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozan 1168 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan ayın 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az