Sərt karantin rejiminə davam, yoxsa tamam – <font color=red> SON DURUM</font>

Cəmiyyət

12.01.2021 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Adil Qeybulla: “Elə bir şərait yaratmalıyıq ki, heç olmasa, mart-aprel aylarında toylar başlasın, müəyyən kütləvi tədbirlər olsun”

 

Vüqar  Cavadzadə: “Sutkalıq yoluxma sayı 10 dəfəyədək azalıb, ölənlərin sayında da azalma var”

 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Artıq sərt karantin rejimi üçün müəyyən olunmuş son tarixə yaxınlaşırıq. Bəs, görəsən, budəfəki sərt karantin rejimi nə dərəcədə effektiv oldu? Sərt karantin rejiminin müddəti 18 yanvardan tarixdən sonra da uzadıla bilərmi? AYNA suallarını mütəxəssislərə ünvanlayıb.

 

Tibb eksperti, professor Adil Qeybulla hesab edir ki, əgər yoluxma və ölüm sayında azalma bu şəkildə davam edərsə, müəyyən yumşalmaların olması mümkündür: “Karantinin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı qərarlar həmin dövrdəki vəziyyətə uyğun olaraq verilməldir. Bu gün yoluxmada azalma tendensiyası müşahidə edilir. Əgər azalma bu şəkildə davam edərsə, bəli, müəyyən yumşalmaların olması mümkündür”.

Adil Qeybulla:

“Məsələ ondadır ki, bu yumşalmalar tətbiq edilən qadağalara, SMS-icazə sisteminə bağlı deyil. Əvvəla, qadağadan 1-2 həftə keçməlidir ki, biz bunun effektini görək. Sadəcə olaraq bu, daha çox kollektiv immunitetin yaranmasına bağlıdır. Yəni insanların böyük əksəriyyəti xəstələnib, immunitet formalaşıb. Hər halda qadağaların da müəyyən rolu var və onlar da özünü göstərəcək. Vaksinasiyanın da öz rolu olacaq. Bunların heç biri ayrı-ayrılıqda pandemiyanın sonu demək deyil. Amma hər biri özlüyündə bir kompenent olaraq kollektiv immunitetə gedən yolda mühim bir addımdır”, - mütəxəssis bildirib.

 

Qeybullanın sözlərinə görə, yaz aylarına qədər müəyyən qaydalara əməl olunaraq hazırlaşmaq lazımdır ki, toy mərasimlərinin və bir sıra kütləvi tədbirlərin keçirilməsi mümkün olsun: “Vaksinasiyadan dərhal yox, 42 gün sonra immunitet formalaşır. Vaksinasiya da 21 gün fasilə ilə 2 dəfə olur. Əgər biz vaksinasiyaya başlasaq, bunun da təsirini görəcəyik. Mən hesab edirəm ki, müəyyən qədər qaydaların olması lazımdır. Karantin tam ləğv olunsa, bu, yenə də əlavə bir yoluxma potensialı ola bilər. Bəzi məhdudiyyətlərin qalması şərti ilə, haradasa müəyyən qədər yumşalmaya getmək olar”.

 

“Sadəcə, biz elə bir şərait yaratmalıyıq ki, heç olmasa, mart-aprel aylarında toylar başlasın, müəyyən kütləvi tədbirlər olsun. İnsanlar yazıqdırlar, uzun müddətdir gözləyirlər. Buna görə biz gərək qaydalara əməl edək ki, o müddətə rahat çıxa bilək. Həm vaksin immunitet yaratsın, həm müəyyən qədər qorunma olsun, həm də yoluxanlar sağalsın və kollektiv immunitet formalaşa bilsin”, - professor vurğulayıb.

 

İnfeksionist həkim Vüqar Cavadzadə bir aylıq sərt karantin rejiminin müsbət təsiri olduğunu deyib: “Bir aylıq sərt karantinin çox müsbət təsiri oldu, çünki karantindən əvvəl gündəlik yoluxmaların sayı 4500-4600 nəfər idi, amma indi görürük ki, yoluxma sayı 500-600 nəfərə düşüb. Yəni, bu bir ay ərzində - sərt karantin rejimi müddətində yoluxma sayı təqribən 9-10 dəfə azalıb. Bəzi günlərdə 300-400 nəfər də olur. Eyni zamanda, sərt karantin rejimi tətbiq olunduqdan sonra ölənlərin sayında da azalma var, əvvəllər gün ərzində ölüm hallarının sayı təqribən 40 nəfər və ondan yuxarı olurdusa, indiki günlərdə 20 nəfərdən aşağıdır”.

No description available.

Mütəxəssis hesab edir ki, əgər yoluxmaların sayı günbəgün azalarsa, sərt karantin rejimini yumşaltmaq olar: “Yoluxma sayı üçrəqəmlidən iki rəqəmliyə düşərsə, fikrimcə, sərt karantin rejimini yumşaltmaq olar. Lakin bunu indidən demək də tezdir. Çünki epidemioloji proqnozlar özünü doğrultmur. Amma hesab edirəm ki, bu tədbirlər belə davam edərsə, yoluxmaların sayı getdikcə azalacaq və o zaman sərt karantin rejimini yumşaltmaq olar”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş