Israilin hücumu zamanı daha 12 nəfər yaralanıb
İsrail Təbriz şəhəri ətrafına raket hücumu həyata keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayış səsləri Təbrizin ikinci hərbi hava bazasının (Şikari bazası) yaxınlığından eşidilib.
Hadisə ilə bağlı yayımlanan görüntülərdə partlayış anı və alov topu müşahidə olunub.
Hücum nəticəsində Təbrizdə beş nəfər mülki şəxs ölüb. bu barədə vilayətin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin rəhbəri Məcid Fərşi bildirib. Onun sözlərinə görə, hücum zamanı daha 12 nəfər yaralanıb.