Sumqayıtda tekstil fabrikində yanğın başlayıb

Xəbərlər

19.06.2025 - 11:56

cedabet dərman SEO Xidməti

Yanğına pambıq qırıntılarının alovlanması səbəb olub

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.

AYNA.AZ-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş