TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsi yaradılır

Xəbərlər

19.06.2025 - 10:45

cedabet dərman SEO Xidməti

Təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb

Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamə imzalanacaq.

AYNA.AZ E-huquq.az-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən TDT ölkələri Məhkəmə Şuraları sədrlərinin III iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib.

"Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq.Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcəkdir. Eyni zamanda tədbir çərçivəsində nəzərdə tutulan mədəni proqramlar da hüquqi dialoqun mədəni zəmin üzərində qurulması baxımından əlamətdar olacaq. Qonaqlarımız Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlıq imkanına malik olacaqlar. Bu səfərlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq", - deyə sədr bildirib.

İ.Kərimov deyib ki, Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquq-mədəni irs əməkdaşlığın möhkəm təməlini təşkil edir: "Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir. Ümidvaram ki, Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcəkdir. Fürsətdən istifadə edərək, bir daha hər birinizə təşəkkürümü bildirir, tədbirin səmərəli və faydalı nəticələrlə yekunlaşacağına inanıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş