Serbiyada müxaliflər seçki komissiyaları üzvlərinə hücum ediblər

Dünya

19.12.2023 - 12:01

cedabet dərman SEO Xidməti

Etirazçılar seçki komissiyasının əməkdaşlarına xəsarət yetiriblər

Serbiyanın paytaxtı Belqradda parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin qərbyönlü “Serbiya Zorakılığa Qarşı” hərəkatının üzvləri ölkənin Respublika Seçki Komissiyasının (RSK) əməkdaşlarına hücum ediblər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə RSK sədri Vladimir Dimitriyeviç deyib.

“Bu axşam (dünən) Respublika Statistika Departamentinin direktoru Miladin Kovaçeviç və onun həmkarları fiziki hücuma məruz qalıblar", - RSK rəhbəri bildirib.

Kovaçeviç bildirib ki, yerli vaxtla saat 22:00 radələrində köməkçisi və sürücüsü ilə binadan çıxarkən hücuma məruz qalıb, döyülüb və yerə yıxılıb. O qeyd edib ki, həmkarları onu izdihamın arasından çıxarıb, daha sonra seçki komissiyasının binasına qayıdıblar. Hücum zamanı onun kürəyinə güclü zərbə endirilib.

Dimitriyeviç isə deyib ki, RSK-in bir neçə digər əməkdaşı da hücuma məruz qalıblar. O, həmçinin son vaxtlar RSK üzvlərinə qarşı törədilən hər hansı zorakılığın ən sərt şəkildə qınanmasına və cəzalandırılmasına çağırıb.

Bundan əvvəl “Serbiya Zorakılığa Qarşı” hərəkatının liderləri Belqradda seçkilərin nəticələri ilə razılaşmadıqları üçün aclıq aksiyasına başlayıblar. Onların sözlərinə görə, hakimiyyət seçki məntəqələrinə başqa şəhərlərdən, hətta qonşu ölkələrdən “seçicilər” gətirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş