Üçü uşaq olmaqla 18 nəfər sahilə çıxa bilib
Serbiyada qanunsuz miqrantları daşıyan qayıq Drina çayında batıb. Nəticədə 8 nəfər həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, Serbiyadan Bosniya və Herseqovinaya keçməyə çalışan qayıqdakı miqrantlar Suriya vətəndaşları olublar.
Üçü uşaq olmaqla 18 nəfər sahilə çıxa bilib. Həlak olanların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.