Serbiya Prezidenti: “Ukrayna böhranı daha da pisləşəcək”

Dünya

18.07.2024 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Aleksandr Vuçiç: “Almaniya kansleri Ukraynada istənilən şərtlərlə mümkün qədər tez sülhə nail olmalıdır”

“Almaniya kansleri Olaf Şolts Ukraynada istənilən şərtlərlə mümkün qədər tez sülhə nail olmalıdır”. AYNA xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Ukrayna böhranı daha da pisləşəcək. Şolts həqiqətən də hansısa məsləhət eşitmək istəsəydi, mən ona deyərdim: mümkün qədər tez atəşkəs sazişi bağlayın”, - Serbiya lideri bildirib.

Vuçiç əlavə edib ki, atəşkəsin hansı şərtlərlə olacağının “hazırda fərqi yoxdur”, çünki onlar “daha ​​sonra müzakirə oluna bilər”.

Prezident vurğulayıb ki, “əsas məsələ Ukraynada sülhə nail olmaqdır”.

İyulun 10-da Vuçiç bildirib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna və Yuqoslaviyadakı münaqişələri dəyərləndirərkən ikili standartlar nümayiş etdirir. Müvafiq bəyanatla Serbiya lideri Baydenin NATO sammitində Şimali Atlantika Alyansının “etnik təmizləməni dayandırmaq üçün” Yuqoslaviya münaqişəsinə müdaxilə etdiyi barədə sözlərini tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş