Sentyabrın ilk gününün hava proqnozu açıqlanıb

Xəbərlər

31.08.2021 - 12:58

Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.

 

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 32-36°, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

 

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Müəllif: Ayna.az