“ABŞ Prezidentinin xarici siyasəti bütün qitələrdə fəlakətə çevrilib və Afrika da istisna deyil”
ABŞ Prezidenti Co Bayden ölkənin Afrikadakı strateji maraqlarını zəiflədir, Rusiya isə amerikalıları oradan sıxışdırır. AYNA “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin üzvü Tim Skott deyib.
“Rusiya və Çin ABŞ-ı tezliklə dünya əhalisinin dörddə birinin yaşadığı regiondan sıxışdırmaq üçün çox çalışsa da, Bayden administrasiyası vəziyyəti manipulyasiya etməyə və afrikalı tərəfdaşlarımızla ölkəmizin strateji maraqlarını zəiflətməyə davam edir”, - deyə senator bildirib.
Siyasətçi vurğulayıb ki, ABŞ Prezidentinin xarici siyasəti bütün qitələrdə fəlakətə çevrilib və Afrika da istisna deyil.
Bir müddət əvvəl Pentaqonun maliyyələşdirdiyi Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Afrika Strateji Araşdırmalar Mərkəzinin tədqiqat direktoru Cozef Siql ABŞ-ın Afrika uğrunda geosiyasi mübarizədə Rusiyadan geridə olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu, Vaşinqtonun region ölkələri ilə əlaqələrinin kəsilməsinə gətirib çıxarır və gələcəkdə əməliyyatlar keçirmək imkanlarını daraldır.