Şəmkirin icra başçısı DTX tərəfindən saxlanılıb və Bakıya gətirilib

Xəbərlər

26.04.2021 - 16:27

Alimpaşa Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir

 

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətirildiyi barədə məlumat yayılıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb.

 

Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

 

Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində DTX tərəfindən əməliyyat keçirilib.

 

Məlumata görə, əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Müəllif: Ayna.az