Şəkidə 29 yaşlı qadın itkin düşüb - FOTO

Xəbərlər

12.07.2024 - 13:33

cedabet dərman SEO Xidməti

DİN müraciət etdi

Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Aygün Tahir qızı Abidova iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıd rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.

“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda vurğulanıb.

Şəkidə 29 yaşlı qadın itkin düşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş