Şəki şəhərində yeni ümumtəhsil məktəbi tikiləcək

Xəbərlər

30.07.2020 - 15:31

cedabet dərman SEO Xidməti

Prezident Təhsil Nazirliyinə iki milyon manat vəsait ayırıb

 

Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, sərəncama əsasən, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş