Səhiyyə Nazirliyinə iki milyon manat ayrıldı

Xəbərlər

25.06.2020 - 14:21

Samux Rayon Mərkəzi Xəstəxanası tikiləcək

 

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

 

Sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş iki milyon manat Səhiyyə Nazirliyinə ayrılıb.

Müəllif: Ayna.az