Şəhid Teymur Həsənovun xatirəsi anılıb

Xəbərlər

26.10.2025 - 21:36

Vətən müharibəsi şəhidinin xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı rəhbərliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və aparatın məsul əməkdaşlarının, rayon polis idarəsinin, şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Həsənov Teymur Mahal oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. AYNA.AZ xəbər verir ki, anım mərasimində şəhidin keçdiyi döyüş yolundan və qazanılan tarixi qələbədən danışılıb.

Bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Şəhid Teymur Həsənovun xatirəsi anılıb Şəhid Teymur Həsənovun xatirəsi anılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş