Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları dəfn olunub

Xəbərlər

28.10.2025 - 16:25

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Keşlədə torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabd rayonunun Navdan kəndində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş