Asiç Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb
Bərdə rayon Piyadalar kəndindən olan Vətən müharibəsi şəhidi Cəfərli Asim Çingiz oğlunun doğum günü qeyd edilib. Asimin 20 yaşı olacaqdı...
AYNA xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri şəhid Asim Cəfərlinin doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüşdə Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən söhbət açılıb.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Diqətə çatdırılıb ki, Cəfərli Asim Çingiz oğlu Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Görüş zamanı şəhidin atası Çingiz Cəfərov və anası Aynurə Cəfərova övladlarının hərbi xidmətindən və ömür yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.