Licien: “Detallar daha dəqiq yoxlamaya ehtiyac duyur"
Çinin Xarici İşlər Nazirliyi İsraildəki səfiri Du Veyin ölümünün dərindən araşdırmaya ehtiyacı olduğunu hesab edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə nazirlik rəsmisi Cao Licien deyib. Licien deyib ki, ilkin rəyə görə, səfir səhhəti ilə əlaqədar gözlənilmədən dünyasını dəyişib: “Amma detallar daha dəqiq yoxlamaya ehtiyac duyur".
Qeyd edək ki, Çinin İsraildəki səfiri Du Vey mayın 17-də iqamətgahında ölü vəziyyətdə tapılıb. İsrail polisinin ilkin rəyinə görə, 57 yaşlı diplomat sağlamlığında yaranan problemlər səbindən vəfat edib.