“Kiyev rejiminin silah-sursat artırması strateji və regional təhlükəsizliyə ciddi zərbə vurur”
ABŞ uzun mənzilli Ordu Taktik Raket Sistemi (ATACMS) raketlərini Ukraynaya ötürməklə, NATO ilə Rusiya arasında birbaşa toqquşmaya yol açır. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Biz ABŞ administrasiyasına tələsik addımlar atmamaq barədə dəfələrlə xəbərdarlıq etmişik. Kiyev rejiminin silah-sursat artırması strateji və regional təhlükəsizliyə ciddi zərbə vurur”, - diplomat bildirib.