Saxta spirtli içkilərin satışının qarşısı alınıb

Xəbərlər

07.11.2025 - 11:45

Yeni Gəncədə marketdə yoxlama zamanı kustar üsulla hazırlanmış saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda fəaliyyət göstərən, fiziki şəxs Elvin Vahid oğlu Hüseynova məxsus marketdə aparılan yoxlama zamanı kustar üsulla hazırlanmış, etiketində yanlış məlumatlar qeyd edilən saxta alkoqollu içkilər aşkarlanıb.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, 27 ədəd “Organic Premium”, 79 ədəd “Axcy”, 31 ədəd “N1 Organic” əmtəə nişanlı saxtalaşdırılmış alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş