Zabitlərimizin peşəkarlıq səviyyəsi yoxlanılıb

Xəbərlər

15.10.2019 - 19:51

Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə yoxlama aparılıb

 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.

Müəllif: Ayna.az