Ermənistan Baş naziri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb
“Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.
AYNA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşıb.
O, Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.