Sarı və narıncı XƏBƏRDARLIQ

Xəbərlər

30.08.2024 - 16:03

cedabet dərman SEO Xidməti

1-3 sentyabr tarixlərində bəzi bölgələrdə külək güclənəcək

Milli Hidrometeorologiya Xidməti 1-3 sentyabr tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa, Şərurda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Siyəzən, Şabran, Xaçmaz rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş