Şamaxı-Qonaqkənd yolunda torpaq sürüşməsi olub

Xəbərlər

14.01.2026 - 21:56

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib.

Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dərəyə doğru sürüşərək dağılıb. Bu səbəbdən yolun müəyyən sahələrində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yolun təxminən 30-40 metr hissəsi uçqun vəziyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş