Salyanda narkotik satmaq istəyən şəxslər saxlanılıb

Xəbərlər

13.12.2025 - 20:11

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş