Diaspor lideri hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski barəsində cinayət işi açılıb.
AYNA.AZ "Vedmosti"yə istinadən xəbər verir ki, ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
Onun oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.