Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Xəbərlər

25.11.2025 - 16:08

37 minə yaxın şagirdin yerdəyişməsi tamamlanıb

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.

Qeyd olunub ki, bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib, onlardan 37000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Bildirək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş