Sabirabadda baş verən yol qəzası zamanı iki nəfər xəsarət alıb

Hadisə

26.12.2023 - 02:41

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Sabirabadda baş verən yol qəzası zamanı iki nəfər xəsarət alıb. AYNA “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Qaratəpə kənd sakinləri, 1998-ci il təvəllüdlü Məmmədov Alişan Zülfüqar oğlu və 1986-cı il təvəllüdlü Həsənov Elşad Mirzəxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər iki yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş