Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

16.01.2024 - 13:57

Bakıda 10, bölgələrdə 12 dərəcə isti olacaq

Yanvarın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya istinadən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək.

Gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş