Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
Sentyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.
Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə olacaq.