Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

24.07.2020 - 14:07

cedabet dərman SEO Xidməti

Bakıda 35 dərəcə isti olacaq

 

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

 

25 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə  isti olacaq.  

 

İyulun 25-də Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş