Sabahın hava proqnozu açıqlandı

Xəbərlər

11.05.2020 - 13:08

Meteohəssas insanlar üçün hava nisbətən əlverişli olacaq

 

Mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 18-21, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762  mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında mayın 12-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-6, gündüz  8-13 dərəcə isti olacaq.

 

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş