Bakıda 36 dərəcə isti gözlənilir
Azərbaycanda avqustun 12-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Gecə 21-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq.