Sabahın hava proqnozu

Xəbərlər

16.04.2020 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

 

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında

 

Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş