Sabahdan 50 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılır

Xəbərlər

16.02.2021 - 13:37

Bu yaş qrupuna aid şəsxlər vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər

 

Sabahdan Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyasına başlanılır. AYNA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

 

Bildirilib ki, Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

 

Məlumatda deyilir ki, bu yaş qrupuna aid şəsxlər randevu.its.gov.az saytına daxil olaraq, vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

 

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş