"Sabah" "Qarabağ"ı məğlub edib

İdman

22.04.2026 - 23:31

"Bayquşlar" iki qol vuraraq adını finala yazdırıb

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, "Sabah" "Qarabağ"ı qəbul edib.

Görüşdə hesabı ağdamlılar açıb. Lakin "bayquşlar" iki qol vuraraq adını finala yazdırıb - 2:1.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

22 aprel

20:00. "Sabah" – "Qarabağ" 2:1

Qollar: V. Simiç, 78, P. Mbina, 87 - K. Duran, 59

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Bank Respublika Arena"

İlk oyun - 2:2

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş