Türkiyə millisinin Uelslə oyundan öncəki Bakıda son məşqi - <font color=red> FOTOLAR</font>

İdman

16.06.2021 - 05:14

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq

 

“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının oyundan əvvəl son məşqi olub.

 

AYNA xəbər verir ki, baş məşqçi Şenol Güneşin yetirmələri hazırlıq prosesini Bakı Olimpiya Stadionunda keçiriblər.

 

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.

 

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.

 

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.






Müəllif: Ayna.az