Sabah külək güclənəcək

Xəbərlər

26.08.2024 - 22:53

cedabet dərman SEO Xidməti

Sarı və narıncı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti 27-30 avqust tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. AYNA xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş