Saakaşvilinin yaratdığı partiyaya yeni sədr seçilib

Dünya

30.01.2023 - 12:29

Levan Xabeişvili Vahid Milli Hərəkat Partiyasının sədri olub

Gürcüstanın ana müxalifət partiyası hesab edilən Vahid Milli Hərəkat Partiyasına sədr seçkiləri keçirilib. AYNA gürcü mediasına istinadən bildirir ki, Levan Xabeişvili 52,58 faiz səs toplayaraq partiyanın yeni sədri seçilib.

Sədr postu uğrunda dörd nəfər mübarizə aparıb. Partiyanın hazırkı sədri Nika Meliya 40 faiz səs toplayaraq ikinci olub.

Qeyd edək ki, partiyanın yaradıcısı və sədri hazırda həbsdə olan Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilidir.

Müəllif: Ayna.az