“Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə nəticəsində yarana bilər”
“Mixail Saakaşvilinin zəhərlənməsi barədə deyilənlər həqiqətdir” AYNA gürcü meddiasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani deyib.
Vəkilin sözlərinə görə, xarici ekdpertlərin rəyi ölkənin üçüncü Prezidentinin zəhərlənmdiyini təsdiqləyir. Vəkil qeyd edib ki, Saakaşvilinin özündə çoxdan belə şübhələr olub.
“Bu, xaricilərin müayinəsinin nəticəsidir. Tədqiqat hissəsində hansı elementlərin və hissəciklərin müşahidə edildiyi və bu hissəciklərin hansı zəhərli maddələr üçün xarakterik olması barədə məlumatlar var. Bütün bir sıra tədqiqatların nəticələri mövcuddur. Hansı zəhərli maddələrin olduğunu daha sonra danışacağıq. Mən indi onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – Qelbaxiani deyib.
“Söhbət civə, barium və kalium kimi zəhərli maddələrdən gedir?” sualına Qelbaxiani belə cavab verib: “Belə məlumatlar var, amma bu barədə ətraflı brifinqimiz olacaq”.
Saakaşvilinin nə vaxt - həbsdə olarkən və ya həbsxanadan klinikaya köçürülməsindən sonra zəhərlənməsinə gəlincə, Qelbaxiani bildirib ki, bunun üçün araşdırma lazımdır və təfərrüatları iki gündən sonra brifinqdə açıqlayacaq.
“Mixail Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə nəticəsində yarana bilər. O, bundan xəbərdardır və özü də çoxdan zəhərləndiyindən şübhələnirdi. Əks halda, onun xəstəlikləri bu cür inkişaf etməzdi”, – vəkil fikrini tamamlayıb.