“Mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları təşkilat konstitusiyaya zidd elan edildikdən sonra mandatlarından məhrum ediləcəklər. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
“Konstitusiyamıza görə, mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı”, - Kobaxidze bildirib.
Onun fikrincə, “cinayətkar partiya”nın nümayəndələri Gürcüstan Parlamentinin deputatı statusundan istifadə etməməlidirlər.