Saakaşvilinin həkimi: “Sabiq Prezident reanimasiyaya düşə bilər”

Dünya

27.02.2023 - 10:47

cedabet dərman SEO Xidməti

Tamara Davaraşvili: “Saakaşvili dərmanları seçərək qəbul edir və pis qidalanır”

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili kritik çəki itirdiyinə görə reanimasiyaya yerləşdirilə bilər. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Saakaşvilinin həkimi Tamara Davaraşvili deyib.

Davaraşvili qeyd edib ki, həkimlər və Saakaşvili fərqli məqsədlər güdürlər.

"O, vəziyyəti gərginləşdirməyə və azadlıq əldə etməyə çalışır. Xəstə bir neçə aydır ki, bizim klinikadadır, hər dəfə deyirlər ki, vəziyyəti ağırdır. Səkkiz aydır ki, xəstəliyində ağırlıq görmürəm”, - deyə həkim bildirib.

Davaraşvili vurğulayıb ki, Saakaşvili dərmanları seçərək qəbul edir və pis qidalanır: “Arıqlamağa davam edərsə, reanimasiyaya düşəcək”.

Həkim qeyd edib ki, sabiq Prezident Gürcüstana gəlişini “böyük səhv” sayır və bu əməlindən peşmandır.

Qeyd edək ki, Saakaşvilinin anası Culie Alasania oğlunu klinikada ziyarət edib. Alasania oğlunun vəziyyətinin ağır olduğunu, yüksək hərarət və əzələ ağrılarından əziyyət çəkdiyini, ona görə də ağrıkəsici qəbul etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş