"Nə qədər ki, ruslar heç bir təhlükə yaratmır, biz onları yumşaq şəkildə hava məkanımızdan çıxaracağıq”
“Rusiya təyyarələrinin NATO səmasında vurulması zəiflik nümayişi olardı”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri “X” sosial şəbəkədə səhifəsində NATO-nun baş katibi Mark Rutte yazıb.
"Nə qədər ki, ruslar heç bir təhlükə yaratmır, biz onları yumşaq şəkildə hava məkanımızdan çıxaracağıq. Bu, mütənasib cavabdır - biz Rusiyadan qat-qat güclüyük", - deyə vurğulayıb.
Ruttenin sözlərinə görə, Alyans zəif olsaydı, təyyarə dərhal vurula bilərdi, lakin daha güclü olduğuna görə NATO-nun cavabı mütənasibdir.
Bundan əvvəl Avropa Parlamenti Aİ ölkələrini Aİ hava məkanında Rusiya təyyarələrini vurmağa çağıran qətnamə qəbul edib. Qətnamənin Aİ-yə koordinasiyalı tədbirlər görməyə imkan verəcək istənilən təşəbbüsləri təşviq etdiyi vurğulanır.